SON XƏBƏRLƏR

Livan prezidenti Hizbullahı xain adlandırdı

2026.04.27, 21:38
Livan prezidenti Hizbullahı xain adlandırdı

Gunaz.tv

Gunaz TV xəbər verir ki, Livan prezidenti Cozef Aun, Hizbullahın baş katibi Nəim Qasımın Livan hökumətinin İsraillə danışıqlarını tənqid etməsinə cavab olaraq, ölkəni başqalarının maraqları naminə müharibəyə sürükləyən şəxsləri “xain” adlandırıb.

O, bazar ertəsi deyib: “Xəyanəti öz ölkəsini başqa ölkələrin maraqları üçün müharibəyə aparanlar edir.”

Livan prezidenti İsraillə aparılan danışıqları müdafiə edərək Hizbullah rəhbərinə bildirib: “Siz bizi milli razılığın olmamasını bəhanə edərək danışıqlara görə məsul tutursunuz. Mən isə soruşuram: Müharibəyə gedəndə əvvəlcədən milli razılıq varmı idi? Bizdən soruşdunuzmu?”

Cozef Aunun bu sözləri atəşkəsdən sonra Amerika paytaxtında keçirilən iki mərhələli danışıqlara işarə kimi qiymətləndirilir.

Nəim Qasım isə həmin gün yaydığı bəyanatda Livan hökumətinin vəzifəsinin İsraillə birbaşa danışıqları dayandırmaq və dolayı danışıqlara qayıtmaq olduğunu bildirib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar