SON XƏBƏRLƏR

Tehranda casus şəbəkəsi aşkar edilib

2026.04.29, 10:23
Tehranda casus şəbəkəsi aşkar edilib

Tehranda casusluq fəaliyyəti ilə məşğul olmaq üçün Starlink peyk interneti ilə təchiz olunmuş mənzil aşkar edilib.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Tehran polisinin iddiasına görə, Yusifabad məhəlləsində yerləşən bu mənzilin sakinləri xaricə məlumat və xəbər göndərmək üçün bina icarəyə götürüb qabaqcıl rabitə avadanlıqları quraşdırırdılar.

Bildirilib ki, Starlink avadanlıqlarından icazəsiz istifadəyə görə daha üç biznes yeri də möhürlənib. Polis iddia edir ki, bu bölmələr ümumilikdə 19 dəfə xarici mediaya məlumat və görüntü göndəriblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar