SON XƏBƏRLƏR

Tramp Almaniya Kanslerini tənqid edib: İran məsələsinə müdaxiləni dayandır

2026.04.30, 18:26
Tramp Almaniya Kanslerini tənqid edib: İran məsələsinə müdaxiləni dayandır

ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Fridrix Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib.

Gunaz.tv

Bu barədə Tramp “Truth Social” hesabında yazıb.

“Almaniya Kansleri Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq və öz çökmüş ölkəsini xilas etmək üçün daha çox vaxt sərf etməlidir. Xüsusilə də immiqrasiya və enerji sahələrində”,- Tramp qeyd edib.

Tramp Almaniya liderinin Rusiya-Ukrayna məsələsində rolunun tamamilə qeyri-effektiv olduğunu bildirib.

O əlavə edib ki, Merts “İranın nüvə təhdidinin aradan qaldırılması ilə məşğul olan ölkələrin işinə müdaxilə etməyə” daha az vaxt ayırmalıdır.

Xatlrladaq ki, Almaniya Kansleri İranla müharibəyə qarşı çıxıb və bunun Avropaya ziyan verdiyini bəyan edib.
 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar