SON XƏBƏRLƏR

ABŞ Almaniyadan qoşunlarını çıxarmağı nəzərdən keçirir

2026.04.30, 19:33
ABŞ Almaniyadan qoşunlarını çıxarmağı nəzərdən keçirir

Gunaz.tv

Gunaz TV xəbər verir ki; ABŞ prezidenti Donald Tramp Almaniyada yerləşən Amerika qoşunlarının azaldılması və ya çıxarılmasının nəzərdən keçirildiyini bildirib.

Tramp sosial şəbəkədə yazıb: “ABŞ Almaniyadakı qoşunlarının mümkün azaldılmasını araşdırır və qərar qısa müddətdə veriləcək”.

Hazırda Almaniyada təxminən 35–40 min ABŞ əsgəri yerləşir və bu, NATO-nun Avropadakı əsas hərbi dayaqlarından biridir.

Bu açıqlama Almaniya kansleri Fridrix Mertsin sərt tənqidlərindən sonra səsləndirilib. Merts bildirib ki, “ABŞ İran tərəfindən təhqir edilib” və Tramp administrasiyasının “inandırıcı strategiyası yoxdur”. O əlavə edib: “Bütöv bir millət İran rəhbərliyi və SEPAH tərəfindən təhqir olunub”.

Tramp isə cavab olaraq Mertsi tənqid edib və onun “İranın nüvə silahına malik olmasına problem görmədiyini” iddia edib.

ABŞ-İran müharibəsi fonunda baş verən bu qarşıdurma Vaşinqton və Berlin arasında gərginliyi artırıb və NATO daxilində fikir ayrılıqlarını daha da dərinləşdirib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar