SON XƏBƏRLƏR

Tramp: İran razılaşma imzalamağa ciddi şəkildə meyillidir

2026.04.30, 23:15
Tramp: İran razılaşma imzalamağa ciddi şəkildə meyillidir

Gunaz.tv

Gunaz TV xəbər verir ki; ABŞ prezidenti Donald Tramp son açıqlamasında bildirib ki, İran “nüvə silahına sahib olmamalıdır” və ölkənin hərbi imkanlarının böyük hissəsi hücumlar nəticəsində zərər görüb.

Tramp deyib: “İran nüvə silahına sahib olmamalıdır” və əlavə edib: “İranın raket sənayesinin 90 faizini məhv etdik”.

O həmçinin bildirib: “Ötən ilin iyun ayında ABŞ-ın həyata keçirdiyi hücumlar İranın nüvə imkanlarını məhv edib”.

ABŞ prezidenti İranın iqtisadi vəziyyətinə toxunaraq deyib: “İran iqtisadiyyatı çökür” və vurğulayıb: “İran razılaşma imzalamağa ciddi şəkildə meyillidir”.

Tramp əlavə edib: “İrana qarşı tətbiq olunan dəniz blokadası onun iqtisadiyyatını boğur” və qeyd edib: “İran blokada nəticəsində neftdən gəlir əldə edə bilmir”.

O həmçinin bildirib: “Danışıqların detalları barədə yalnız mən və bir neçə nəfər məlumatlıyıq”.

Tramp sonda iddia edib: “İrandakı əməliyyatlar başa çatan kimi neft qiymətləri aşağı düşəcək”.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar