SON XƏBƏRLƏR

6 ərəb ölkəsi İrana təzminat ödəməlidir - İrəvani

2026.05.01, 10:33
6 ərəb ölkəsi İrana təzminat ödəməlidir - İrəvani

Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Kuveyt, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya İrana dəyən ziyana görə kompensasiya ödəməlidirlər.

Gunaz.tv

Bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani, 6 ərəb ölkəsinin İran hücumlarına etiraz məktubuna cavab olaraq təşkilatın Baş katibi Antonio Quterreşə ünvanladığı yeni məktubunda yazıb.

Məktubda iddia olunub ki, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Qətər Dövləti, Kuveyt, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya Haşimilər Krallığı İran İslam Respublikasına beynəlxalq hüquqa zidd hərəkətləri nəticəsində dəyən bütün maddi və mənəvi zərərə görə, o cümlədən kompensasiya formasında tam təzminat ödəməlidirlər.

İran tərəfi bu tələbi ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyat zamanı adıçəkilən ölkələrin ərazilərindən istifadə olunması ilə əsaslandırır.

Qeyd edək ki, bu yaxınlarda adı çəkilən 6 ərəb ölkəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına ünvanladıqları etiraz məktublarında İranı ərazilərini pozmaqda günahlandırdılar və ölkənin hücumlarının pislənməsini tələb etdilər.
 
GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar