SON XƏBƏRLƏR

Urmuda iki "İsrail casusu" edam edildi

2026.05.02, 12:26
Urmuda iki "İsrail casusu" edam edildi

Bu gün səhər saatlarında Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərinin həbsxanasında "İsrailə casusluq"da günahlandırılan daha iki məhbus edam edilib.

Gunaz.tv

Bu barədə İran məhkəməsi məlumat yayıb.

Yəqub Kərimpur və Nasir Bəkrzadənin "İsrail ilə casusluq və kəşfiyyat əməkdaşlığı" və "Mossadla əməkdaşlıq yolu ilə yer üzündə fəsad yaymaq" ittihamına görə cəzalandırıldıqları bildirilib.

Onların həmçinin "hərbi obyektlərin məlumat və görüntülərinin göndərilməsi", "təxribat aktları", "səs bombaları hazırlamaq", "həssas mərkəzlərdən məlumat toplamaq" və "Mossad zabitləri ilə sahə əməkdaşlığı" etdikləri iddia olunub.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərindən olan 1984 təvəllüdlü Yəqub Kərimpur, 16 iyun 2025-ci ildə həbs edilərək, 12 günlük İran-İsrail müharibəsi dövründə "İsraillə əməkdaşlıq"da günahlandırılıb.

Marağa Universitetində Hüquq fakultəsini bitirən Kərimpur, ağır fiziki qüsurludur və xroniki xəstəliklərdən əziyyət çəkirdi.

2 yanvar 2024-cü ildə həbs edilən Nasir Bəkrzadə isə Urmu İnqilab Məhkəməsi ərəfindən edama məhkum edilmişdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar