SON XƏBƏRLƏR

İranda 3 xristian həbs edildi

2026.05.05, 16:43
İranda 3 xristian həbs edildi

İranın Yəzd şəhərində xristianlığı qəbul edən 3 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onların "ev kilisəsi yaratmaq" və "xristianlığı təbliğ etmək"də günahlandırıldığı bildirilib.

Yəzd prokuroru Mehdi Həsənpur, mediaya verdiyi açıqlamada saxlanılanları "xristian təbliğat şəbəkəsinin əsas üzvləri" adlandırıb və onların təhlükəsizlik məmurları tərəfindən həbs olunduğunu söyləyib.

O, həmçinin bu şəxslərin "İsrailin qələbəsi üçün dua mərasimləri təşkil etdiklərini" bildirib.

Həbs edilənlərin kimliyi barədə açıqlama verilməyib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar