SON XƏBƏRLƏR

BMT rəsmisi: Ərəb körfəzində 1500 gəmi və 20 min dənizçi blokadada qalıb

2026.05.08, 11:21
BMT rəsmisi: Ərəb körfəzində 1500 gəmi və 20 min dənizçi blokadada qalıb

BMT-nin Beynəlxalq Dənizçilik Təşkilatının rəhbəri bildirib ki, İranın Hörmüz boğazı ilə bağlı təhdidləri səbəbindən Ərəb körfəzində təxminən 1500 gəmi və 20 min heyət üzvü çıxılmaz vəziyyətdə qalıb.

Gunaz.tv

Arsenio Domingez Panamada keçirilən Amerika Qitəsinin Dəniz Konvensiyasında çıxışı zamanı deyib:

“Hazırda təxminən 20 min ekipaj üzvü və 1500-ə yaxın gəmi blokadada qalıb.”

O bildirib ki, çətin vəziyyətdə qalan heyət üzvləri “başqa ölkələrin rifahı üçün hər gün öz işini görən günahsız insanlardır”.

Domingez qeyd edib ki, gəmilərə qarşı həyata keçirilən 30-dan çox hücum nəticəsində 10 dənizçi həlak olub. O, daha çox insan itkisi və iqtisadi zərərlərin qarşısını almaq üçün şirkətləri Ərəb körfəzinə yeni gəmilər göndərməməyə çağırıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar