SON XƏBƏRLƏR

Urmiyəda 6 min işçinin sığortası dayandırıldı

2026.05.08, 22:00
Urmiyəda 6 min işçinin sığortası dayandırıldı

Gunaz.tv

Gunaz TV-nin yaydığı məlumata görə, Qərbi Azərbaycanda Urmiyə bələdiyyəsində çalışan 6 min işçi və əməkdaşın sosial sığortası dayandırılıb.

Durnanews bu qərarı sərt tənqid edərək yazıb ki, “6 min nəfərlik kollektivin sığortasının kəsilməsi sadəcə inzibati problem deyil; bu, minlərlə ailənin psixoloji təhlükəsizliyi ilə oynamaq və məqsədli böhran yaratmaqdır.”

Məlumatda qeyd olunub ki, hakimiyyət özünün əsas icraedici qüvvələrinin ən sadə qanuni hüquqlarını belə pozur.

Media orqanı sual edib: “Hakimiyyət hansı məntiqlə öz işçilərinin ən əsas hüquqlarını tapdalayır?”

Xəbərdə vurğulanır ki, müharibədən sonra dərman və ərzaq qiymətlərinin kəskin artdığı bir vaxtda sığortanın dayandırılması minlərlə işçi ailəsini ciddi müalicə və yaşayış problemləri ilə üz-üzə qoya bilər.

Son aylarda İranda iqtisadi böhran, maaş problemləri və sosial təminat sahəsindəki çətinliklər daha da dərinləşib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar