SON XƏBƏRLƏR

Tramp Rusiya–Ukrayna atəşkəsini elan etdi

2026.05.08, 23:10
Tramp Rusiya–Ukrayna atəşkəsini elan etdi

Gunaz.tv

Gunaz TV-nin yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp Rusiya və Ukraynanın 9 maydan 11 maya qədər üç günlük atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.

Tramp “Truth Social” platformasında yazıb ki, atəşkəs onun təşəbbüsü ilə və Vladimir Putinlə Volodimir Zelenskinin razılığı əsasında həyata keçiriləcək. O bildirib ki, eyni zamanda tərəflər arasında min məhbus da dəyişdiriləcək.

ABŞ prezidenti ümid etdiyini bildirib ki, bu razılaşma “uzun və ölümcül müharibənin sonunun başlanğıcı” olacaq.

Volodimir Zelenski də açıqlamasında bildirib ki, Ukrayna Moskvada keçiriləcək “Qələbə günü” paradı zamanı hücum həyata keçirməyəcək və Qırmızı meydanın hərbi əməliyyatlardan kənarda saxlanılması barədə göstəriş verib.

Kreml də yaydığı bəyanatda Rusiyanın müvəqqəti atəşkəs və məhbus mübadiləsi ilə razılaşdığını təsdiqləyib.

Bu atəşkəs Rusiya–Ukrayna müharibəsinin beşinci ilə daxil olduğu və on minlərlə insanın həyatını itirdiyi bir vaxtda elan olunub.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar