SON XƏBƏRLƏR

Siyasi məhbus edam ediləcək

2026.05.09, 12:56
Siyasi məhbus edam ediləcək

İran Ali Məhkəməsi 29 yaşlı siyasi məhbus və İran Elm və Texnologiya Universiteti, aerokosmik mühəndislik - peyk texnologiyası üzrə magistr tələbəsi Erfan Şəkurzadənin barəsində çıxarılan edam hökmünü təsdiq edib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Edam hökmünün icrası üçün Şəkurzadənin Kərəc şəhərinin Qızılhisar həbsxanasında köçürüldüyü bildirilib.

O, SEPAH-ın kəşfiyyat xidməti tərəfindən "casusluq və düşmən ölkələrlə əməkdaşlıq" ittihamları ilə həbs edilib. 

E.Şəkurzadə həbsxanadan yazdığı məktubda işgəncə altında və aylarla təkadmlıq kamerada saxlanılaraq saxta etiraf verməyə məcbur edildiyini bildirib.

2025-ci ilin fevral tında həbs edilən siyasi məhbus 9 ay təkadamlıq kamerada saxlanılıb və işgəncələrə məruz qalıb.

Qeyd edək ki, Təbriz Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirən Erfan Şəkurzadə, İran Elm və Texnologiya Universitetində aerokosmik mühəndislik - peyk texnologiyası üzrə magistr dərəcəsi proqramında birinci yeri tutub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar