SON XƏBƏRLƏR

Kreml İran məsələsində çətin vəziyyətdədir

2026.05.10, 14:05
Kreml İran məsələsində çətin vəziyyətdədir

Moskva həm Tehranı, həm Körfəzi itirmək istəmir ama bu böhran Moskvanı sıxışdırır.

Gunaz.tv

Putin: İran ətrafındakı vəziyyət Moskvanı çətin durumda qoyub.

Gunaz TV-nin yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin İran ətrafında yaranan vəziyyətin Moskvanı çətin vəziyyətə saldığını bildirib.

Putin mətbuat konfransında deyib ki, Yaxın Şərqdəki gərginlik Rusiya üçün mürəkkəb şərait yaradır. Onun sözlərinə görə, Moskva həm İranla, həm də Körfəz bölgəsindəki digər ölkələrlə yaxşı münasibətlərə malikdir.

Rusiya prezidenti bildirib: “Əgər İran ətrafındakı vəziyyət daha da pisləşərsə, bundan hamı zərər görəcək.”

Putin regiondakı böhranın genişlənməsinin bütün tərəflər üçün mənfi nəticələr doğura biləcəyini vurğulayıb.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar