SON XƏBƏRLƏR

ABŞ Çin şirkətlərinə sanksiya tətbiq etdi - Səbəb?

2026.05.10, 15:38
ABŞ Çin şirkətlərinə sanksiya tətbiq etdi - Səbəb?

ABŞ İrana peyk görüntüləri təqdim edən Çin şirkətlərinə sanksiya tətbiq etdi.

Gunaz.tv

ABŞ İranın hərbi şəbəkəsini vurur. Gunaz TV-nin yaydığı məlumata görə, ABŞ Dövlət Departamenti İrana peyk görüntüləri təqdim etdikləri səbəbilə Çində yerləşən bir neçə quruma qarşı sanksiya tətbiq edib.

ABŞ tərəfi bildirib ki, həmin görüntülər İran rejiminin Yaxın Şərqdəki Amerika qüvvələrinə qarşı hücum imkanlarını gücləndirmək məqsədilə istifadə olunub.

ABŞ Maliyyə Nazirliyi də cümə günü İranın silah proqramına yardım göstərən əlavə qurum və şəxsləri sanksiya siyahısına daxil etdiyini açıqlayıb.

Vaşinqton bildirib ki, İranın hərbi imkanlarını dəstəkləyən xarici şirkət və təşkilatlara qarşı təzyiqlər davam etdiriləcək.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar