SON XƏBƏRLƏR

Bəşər Əsədin yaxın adamı saxlanıldı

2026.05.10, 16:35
Bəşər Əsədin yaxın adamı saxlanıldı

Suriyada keçmiş rejimə qarşı əməliyyat: “Qaçaq cinayətkar Əsədin” adamı və hərbi köməkçisi həbs edildi.

Gunaz.tv

Gunaz TV-nin yaydığı məlumata görə, Suriya Daxili İşlər Nazirliyi “terrorla mübarizə idarəsinin” iştirakı ilə keçirilən “sürətli təhlükəsizlik əməliyyatı” zamanı Bəşər Əsədin hərbi köməkçisi Vəcih Əli Abdullahın saxlanıldığını açıqlayıb.

Suriya Daxili İşlər Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib ki, general-mayor Vəcih Əli Abdullah 13 il ərzində “qaçaq cinayətkar Bəşər Əsədin” hərbi işlər ofisinin rəhbəri vəzifəsində çalışıb.

Məlumata görə, bu saxlanılma keçmiş Suriya rejiminin hərbi və təhlükəsizlik rəsmilərinə qarşı aparılan kampaniyanın bir hissəsidir.

Həmin şəxslər Bəşər Əsəd dövründə insan haqlarının pozulması, qanunsuz həbslər, işgəncə və mülki şəxslərin qətlə yetirilməsi kimi cinayətlərdə ittiham olunurlar.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar