SON XƏBƏRLƏR

Hörmüz boğazı ilə bağlı gərginlik artır; Doha Tehrana açıq mesaj göndərdi

2026.05.10, 18:55
Hörmüz boğazı ilə bağlı gərginlik artır; Doha Tehrana açıq mesaj göndərdi

Qətər İrana xəbərdarlıq etdi: Hörmüz boğazının bağlanması böhranı dərinləşdirər.

Gunaz.tv

Qətərin baş naziri İranın xarici işlər naziri ilə telefon danışığında bölgədə “sülhün təmin olunması, təhlükəsizlik və sabitliyin gücləndirilməsi” istiqamətində səylərin vacibliyini vurğulayıb.

Şeyx Məhəmməd bin Əbdülrəhman Al Sani ilə İran xarici işlər naziri arasında baş tutan danışıq barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda bildirilib ki, Qətərin baş naziri “dəniz nəqliyyatının azadlığı dəyişməz prinsipdir və müzakirə predmeti ola bilməz” deyə vurğulayıb.

O həmçinin xəbərdarlıq edib ki, Hörmüz boğazının bağlanması və ya bu marşrutdan təzyiq vasitəsi kimi istifadə olunması bölgədə böhranı daha da dərinləşdirəcək və regional ölkələrin həyati maraqlarını təhlükə altına salacaq.

Qətər Xarici İşlər Nazirliyi belə bir addımın qlobal enerji və ərzaq bazarına, eləcə də beynəlxalq bazarların və təchizat zəncirlərinin sabitliyinə mənfi təsirlər göstərə biləcəyi barədə də xəbərdarlıq edib.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar