SON XƏBƏRLƏR

Putin: Ukrayna müharibəsi bitir

2026.05.10, 20:30
Putin: Ukrayna müharibəsi bitir

Putin Ukrayna müharibəsinin sona yaxınlaşdığını dedi.

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, Vladimir Putin Moskvada keçirilən “Qələbə Günü” paradından bir neçə saat sonra Ukrayna müharibəsinin “sona çatmaq üzrə olduğunu” açıqlayıb.

Putin əlavə detallara toxunmadan jurnalistlərə bildirib:

“Düşünürəm ki, bu məsələ sona yaxınlaşır.”

Eyni zamanda Financial Times yazıb ki, Avropa İttifaqı liderləri müharibənin başa çatması ilə bağlı mümkün danışıqlara hazırlaşırlar. Putin Avropa ilə danışıqlar barədə suala cavab olaraq Almaniyanın keçmiş kansleri Gerhard Schröderi üstün variant kimi göstərib.

Bu açıqlamalar Rusiya və Ukraynanın Donald Trumpın vasitəçiliyi ilə üç günlük atəşkəs barədə razılığa gəldiyi bir vaxtda səslənib. Buna baxmayaraq, tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham etməyə davam edir.

Hücumların nisbətən azalmasına baxmayaraq, Kremlin sözçüləri sülh razılaşmasına gedən yolun hələ də “uzun və mürəkkəb” olduğunu bildirirlər.

2022-ci ildə başlayan Rusiyanın Ukraynaya hücumu artıq beşinci ilinə daxil olub və dünyanın ən qanlı və ən bahalı münaqişələrindən birinə çevrilib.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar