SON XƏBƏRLƏR

Urmu gölü yenidən nəfəs aldı; amma təhlükə hələ keçməyib

2026.05.12, 20:50
Urmu gölü yenidən nəfəs aldı; amma təhlükə hələ keçməyib

Urmu gölü yenidən canlanır, yoxsa ekoloji fəlakət sadəcə ertələnib?

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran rəsmiləri Güney Azərbaycanın həyati əhəmiyyət daşıyan Urmu gölündə su səviyyəsinin son altı ilin ən yüksək həddinə çatdığını açıqlayıblar. Bu xəbər illərdir gölün quruması ilə bağlı narahatlıq yaşayan bölgə əhalisi və ekoloji fəallar üçün ümidverici hesab olunur.

Qərbi Azərbaycan ostanının valisi Rza Rəhmani çərşənbə axşamı bildirib ki, son aylarda hər gün təxminən 30 milyon kubmetr su Urmu gölünün hövzəsinə daxil olub və nəticədə su səviyyəsi 1399-cu ildən bəri ən yüksək nöqtəyə yüksəlib.

O, “uyğun yağıntılar, çayların təmizlənməsi, su haqqının təmin olunması və ətraf bataqlıqların su ilə doldurulması”nı bu yaxşılaşmanın əsas səbəbləri kimi göstərib. Bununla belə xəbərdarlıq edib ki, bu vəziyyət gələn ilə qədər sabitləşməzsə, yay aylarında güclü buxarlanma gölü yenidən böhranlı vəziyyətə qaytara bilər.

Yerli rəsmilər həmçinin bildiriblər ki, kənd təsərrüfatının nəzarətsiz genişlənməsinin qarşısı alınmadan və qanunsuz su istifadəsi dayandırılmadan mövcud vəziyyəti qorumaq mümkün olmayacaq.

Urmu gölü Güney Azərbaycanın ən mühüm ekoloji simvollarından biri olaraq illərdir yanlış su siyasəti, idarəetmə böhranı və ekoloji laqeydlik nəticəsində məhv olma təhlükəsi ilə üzləşib. Bu böhran təkcə təbiəti deyil, milyonlarla insanın sağlamlığını və yaşayışını da təhdid edir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar