SON XƏBƏRLƏR

Tehran nüvə proqramını saxlayacaqsa İsrail İranla münaqişəni başa çatmamış hesab edəcək

2026.05.13, 11:04
Tehran nüvə proqramını saxlayacaqsa İsrail İranla münaqişəni başa çatmamış hesab edəcək

İsrail Ağ Evin rəhbəri Donald Trampın qarşıdurmaya səbəb olan bir sıra prinsipial problemləri diqqətdən kənarda qoyaraq İranla razılaşmaya gedə biləcəyindən ciddi şəkildə narahatdır.

Gunaz.tv

Bu barədə yüksək vəzifəli İsrail rəsmilərinə istinadən CNN telekanalı məlumat yayıb.

"Trampın əlverişsiz razılaşmaya gedəcəyi ilə bağlı real narahatlıqlar var", - telekanalın müsahiblərindən biri bildirib.

Mənbələr vurğulayıblar ki, Tehranın nüvə proqramının qismən qorunub saxlanılacağı, ballistik silahlar və regional müttəfiqlərə dəstək məsələlərinin isə həll olunmamış qalacağı razılaşma İsraili İranla qarşıdurmanı başa çatmamış kimi qəbul etməyə məcbur edəcək.

"İsrail danışıqlar prosesinin pozulması ehtimalına qarşı yüksək döyüş hazırlığı vəziyyətində qalmaqda davam edir", - digər yüksək vəzifəli İsrail nümayəndəsi telekanala bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar