SON XƏBƏRLƏR

İran İsrailə casusluq ittihamı ilə bir nəfəri edam edib

2026.05.13, 11:51
İran İsrailə casusluq ittihamı ilə bir nəfəri edam edib

İran məhkəmə sisteminə bağlı olan “Mizan News”un məlumatına görə, İran çərşənbə günü Ehsan Əfrəşti adlı şəxsi casusluq və İsraillə kəşfiyyat əməkdaşlığı ittihamı ilə edam edib.

Gunaz.tv

1993-cü ildə İsfahan şəhərində anadan olan və inşaat mühəndisliyi üzrə magistr dərəcəsinə malik olan Əhsən Əfrəşteh 2024-cü ilin əvvəlində Türkiyədən qayıtdıqdan sonra saxlanılıb.

“Mizan News” iddia edib ki, Əfrəşteh İsraillə əməkdaşlığı dövründə ingilis, fransız və ivrit dillərində sərbəst danışmağı öyrənib.

Məlumatda onun İsrailə həssas məlumatlar satdığı və Nepalda Mossad tərəfindən təlim keçdiyi iddia olunub.

Məhkəmə sisteminə bağlı media orqanı həmçinin bildirib ki, o, əvvəlcə internet taksi sürücüsü kimi işləyərkən verilən tapşırıqları yerinə yetirib.

Qeyd edək ki, bir neçə insan haqları təşkilatı daha əvvəl onun yaxın zamanda edam olunma riski ilə üzləşdiyi barədə xəbərdarlıq etmişdi.

 

C

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar