SON XƏBƏRLƏR

Amerikalı komandan: İranın dəstəklədiyi qruplar artıq Tehrandan dəstək almır

2026.05.14, 22:35
Amerikalı komandan: İranın dəstəklədiyi qruplar artıq Tehrandan dəstək almır

HƏMAS, Hizbullah, husilər; Tehran artıq arxalarında deyil?

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri İranın dəstəklədiyi qrupların “Epik Qəzəb” əməliyyatına qədər olan 30 ay ərzində ABŞ qüvvələri və diplomatlarına 350-dən çox hücum təşkil etdiyini açıqlayıb.

Bred Kuper ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən iclasda bildirib ki, bu hücumlar orta hesabla hər üç gündə birdən çox hücum deməkdir. Onun sözlərinə görə, nəticədə dörd amerikalı hərbçi ölüb, 200-ə yaxın şəxs isə yaralanıb.

CENTCOM rəhbəri həmçinin bildirib ki, HƏMAS, Hizbullah və husilər artıq İranın dəstəyi və silah təminatından məhrum qalıblar.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar