SON XƏBƏRLƏR

Türkiyə İrana yeni humanitar yardım göndərdi

2026.05.14, 23:18
Türkiyə İrana yeni humanitar yardım göndərdi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Türkiyənin İnsan Haqları və Azadlıqları Humanitar Yardım Fondu (İHH) İranda müharibədən zərər çəkənlərə yardım çərçivəsində daha 7 yardım yük maşınının bu ölkəyə göndərildiyini açıqlayıb.

Fondun yaydığı bəyanatda bildirilir ki, mart ayından bəri İrana qarşı davam edən hərbi hücumlar ölkədə geniş humanitar və infrastruktur böhranına səbəb olub, milyonlarla insanı ağır vəziyyətə salıb.

Rəsmi məlumatlara görə, İranda 3.2 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb, çox sayda xəstəxana və tibb mərkəzi fəaliyyətini dayandırıb.

İHH rəsmisi Yaqub Alaca bildirib ki, bu yardım karvanına dərman, ərzaq, gigiyena ləvazimatları və təcili sığınacaq avadanlıqları daxildir. Onun sözlərinə görə, yeni göndərişlə birlikdə Türkiyədən İrana yollanan yardım yük maşınlarının sayı 11-ə çatıb.

Alaca əlavə edib ki, fondun ilkin hədəfi İrana 50 yardım yük maşını çatdırmaqdır. Yeni yardım karvanı yola salınma mərasimindən sonra İran sərhədinə doğru hərəkət edib.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar