SON XƏBƏRLƏR

Trampı öldürənə 50 milyon avro mükafat veriləcək- Əzizi

2026.05.15, 13:49
Trampı öldürənə 50 milyon avro mükafat veriləcək- Əzizi

ABŞ prezidenti Donald Trampı öldürən şəxsə 50 milyon avro mükafat ayırmşıq.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi deyib.

O, hərbi və təhlükəsizlik qüvvələrinin qisas tədbiri adlı plan hazırladıqlarını bildirib:

“Biz hökumətin bu dini missiyanı (Trampı öldürmək) yerinə yetirən hər hansı bir fiziki və ya hüquqi şəxsə mükafat olaraq 50 milyon avro ödəyəcəyini proqnozlaşdırmışıq”.

Donald Trampı “murdar” adlandıran Əzizi, İranın keçmiş rəhbəri Əli Xaməneinin qanının yerdə qalmayacağını söyləyib:

“Biz inanırıq ki, ABŞ-ın murdar prezidenti, İsrailin pis və mənfur baş naziri və CENTCOM komandanı ilə mübarizə aparılmalı və qisas alınmalıdır. Onların imamımızı şəhid olmasına səbəb olan əməllərinə oxşar cavab vermək bizim haqqımızdır”.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar