SON XƏBƏRLƏR

Trampın Çin səfərinin böyük qazancı

2026.05.15, 20:44
Trampın Çin səfərinin böyük qazancı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp Çinə iki günlük səfərini və Si Cinpinqlə görüşünü başa vuraraq Pekini tərk edib; səfərdə iqtisadi məsələlərlə yanaşı, İran və Hörmüz boğazı da əsas müzakirə mövzularından olub.

Tramp bu səfəri “möhtəşəm” adlandırıb və Çin rəsmiləri ilə aparılan danışıqların mühüm razılaşmalarla nəticələndiyini deyib. O bildirib ki, Vaşinqton və Pekin İranın nüvə silahına sahib olmasının qarşısının alınması məsələsində eyni mövqedən çıxış edir və enerji axınının təmin olunması üçün Hörmüz boğazının açıq qalmasını vacib sayır.

Ağ Ev də iki tərəfin Hörmüz boğazının açıq qalmalı olduğu barədə razılığa gəldiyini açıqlayıb. Eyni zamanda, amerikalı rəsmilər Çinin İrana maddi dəstəyin məhdudlaşdırılması istiqamətində addım atacağına inandıqlarını bildiriblər.

İqtisadi sahədə isə Tramp Çinin 200 ədəd Boeing sərnişin təyyarəsinin sifarişini yekunlaşdırmağa razı olduğunu açıqlayıb; bu razılaşma son illərin iki ölkə arasında ən böyük ticari anlaşmalarından biri hesab olunur.

İki ölkə həmçinin Amerika şirkətlərinin Çin bazarına çıxışının genişləndirilməsi, Pekinin ABŞ-da investisiyalarının artırılması, fentanil prekursorlarının Amerikaya daxil olmasının qarşısının alınması və Tayvan məsələsini də müzakirə ediblər.

 

GünAzTV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar