SON XƏBƏRLƏR

Moləvi Əbdülhəmid: Siyasi edamları dayandırın

2026.05.16, 11:43
Moləvi Əbdülhəmid: Siyasi edamları dayandırın

Zahidan şəhərinin sünni cümə imamı cümə namazından sonrakı çıxışında İranda artan edamları tənqid edib və “siyasi edamların” dayandırılmasına çağırış edib.

Gunaz.tv

Moləvi Əbdülhəmid Esmailzehi bildirib ki, bu edamlar “ölkənin xeyrinə deyil və nə hakimiyyətin, nə də xalqın mənafeyinə uyğundur. Edam ölkənin problemlərinin həlli yolu deyil.”

Zahidanın imamı İran həbsxanalarında “məcburi etiraflar” alınmasını da tənqid edərək deyib ki, bu cür etiraflar “İslam şəriəti, ölkənin konstitusiyası və beynəlxalq qanunlarla uyğun gəlmir.”

Moləvi Əbdülhəmid əlavə edib ki, məcburi etiraflar hökm çıxarmaq üçün sübut və sənəd kimi qəbul edilə bilməz.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar