SON XƏBƏRLƏR

Rusiyanın səfiri: İrana qarşı müharibə yaxın saatlarda yenidən başlaya bilər

2026.05.17, 10:49
Rusiyanın səfiri: İrana qarşı müharibə yaxın saatlarda yenidən başlaya bilər

Gunaz.tv

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Atom Enerjisi Agentliyindəki səfiri Mixail Ulyanov, İrana qarşı yeni hərbi hücumların yaxın zamanda baş verə biləcəyini bildirib.

Ulyanov X sosial şəbəkəsində yazıb: “Qərbli ekspertlər hesab edir ki, ABŞ və İsrail yaxın günlərdə, hətta yaxın saatlarda İrana qarşı hərbi hücumları yenidən başlada bilər.”

Rusiya səfiri eyni zamanda iddia edib ki, belə mümkün hücum keçmiş “strateji səhvlərin” təkrarı olacaq.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp açıqlamışdı ki, Rusiya prezidenti Vladimir Putin ona İranın uranın zənginləşdirilməsi məsələsində “kömək edə biləcəyini” deyib, amma “Mən dedim ki, onun Ukraynadakı müharibəni bitirməyə kömək etməsini üstün tutaram.”

ABŞ prezidenti əlavə edib ki, İran atəşkəs müddətində “bəzi yüngül hərbi avadanlıqları anbardan çıxarmış ola bilər və biz onların dəqiq harada olduğunu bilirik, buna görə ilk 15 dəqiqə ərzində məhv ediləcəklər.”

Donald Tramp dəfələrlə vurğulayıb ki, ABŞ İran rejiminin nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcək.

 

GünAzTV
R.G

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar