SON XƏBƏRLƏR

BƏƏ-də nüvə stansiyası yaxınlığında dron hücumu

2026.05.17, 15:30
BƏƏ-də nüvə stansiyası yaxınlığında dron hücumu

BƏƏ-də nüvə obyektinə yaxın baş verən dron hücumu bölgədə yeni təhlükəsizlik narahatlığı yaradıb.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Əbu-Dabi media ofisi bazar günü Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Barakah” nüvə elektrik stansiyası yaxınlığında yanğın baş verdiyini və hadisənin dron hücumu nəticəsində meydana gəldiyini açıqlayıb.

Əbu-Dabi media ofisi bəyanatında bildirib: “Əbu-Dabi rəsmiləri Əl-Zəfra bölgəsində Barakah nüvə elektrik stansiyasının daxili perimetrindən kənarda yerləşən elektrik generatorunda baş verən yanğın hadisəsinə müdaxilə edib; bu hadisə dron hücumu nəticəsində baş verib.”

2020-ci ildə fəaliyyətə başlayan Barakah nüvə elektrik stansiyası Əbu-Dabidən 200 kilometr qərbdə, Səudiyyə Ərəbistanı və Qətər sərhədlərinə yaxın ərazidə yerləşir. Dövlətə məxsus “Emirates Nuclear Energy” şirkəti daha əvvəl bildirmişdi ki, bu stansiya ölkənin elektrik ehtiyacının təxminən dörddə birini təmin edir.

BƏƏ rəsmiləri açıqlayıb ki, hadisə nəticəsində heç bir insan tələfatı olmayıb və nüvə obyektinin radiasiya təhlükəsizliyi səviyyəsində heç bir pozuntu qeydə alınmayıb.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar