SON XƏBƏRLƏR

Atom agentliyi BƏƏ-yə dron hücumunu pislədi

2026.05.17, 17:10
Atom agentliyi BƏƏ-yə dron hücumunu pislədi

Gunaz.tv

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi BƏƏ-də nüvə obyektinə yaxın baş verən dron hücumunu pisləyərək nüvə təhlükəsizliyi ilə bağlı ciddi xəbərdarlıq edib.

Gunaz TV-nin məlumatına görə, Beynəlxalq Atom Enerjisi Agentliyi X sosial şəbəkəsində yaydığı açıqlamada Qrossinin hadisə ilə bağlı sərt mövqe nümayiş etdirdiyini bildirib.

Açıqlamada deyilir: “Bu hadisə ilə bağlı dərin narahatlığımı ifadə edirəm. Nüvə təhlükəsizliyini təhdid edən hər cür hərbi fəaliyyət qəbuledilməzdir.”

BMT-yə bağlı bu beynəlxalq qurum əlavə edib ki, hadisəni yaxından izləyir və BƏƏ rəsmiləri ilə daimi əlaqə saxlayır.

Nüvə obyektinə yaxın ərazidə baş verən bu hücum, birbaşa zərər qeydə alınmasa da, bölgədə strateji infrastrukturun təhlükəsizliyi ilə bağlı beynəlxalq narahatlığı artırıb.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar