SON XƏBƏRLƏR

Qraham: Nüvə silahlı İranın qarşısını almaq ABŞ üçün əsas hədəfidir

2026.05.17, 22:35
Qraham: Nüvə silahlı İranın qarşısını almaq ABŞ üçün əsas hədəfidir

Gunaz.tv

Amerikalı senator deyir ki, Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bədəl ödəməyə hazırdır.

Gunaz TV-nin məlumatına görə, ABŞ-ın respublikaçı senatoru Lindsi Qraham bildirib ki, İranın nüvə silahına sahib olmasının qarşısını almaq, iqtisadi xərclər bahasına olsa belə, ABŞ üçün əsas prioritetlərdən biridir.

Qraham NBC News-a müsahibəsində Çinin İran neftini almağa davam etməsini tənqid edərək deyib ki, İran iqtisadiyyatı enerji ixracından ciddi şəkildə asılıdır və Pekinin dəstəyi olmadan ağır təzyiqlə üzləşə bilər.

Vaşinqtonla Tehran arasında danışıqların “çıxılmaz vəziyyətə” düşdüyünü deyən amerikalı senator İrana qarşı təzyiqlərin artırılmasına çağırıb və ölkənin enerji infrastrukturunu onun “əsas zəif nöqtəsi” adlandırıb.

Bu amerikalı senator eyni zamanda xəbərdarlıq edib ki, lazım gələrsə, hərbi addımlar da daxil olmaqla daha sərt variantlar nəzərdən keçirilməlidir.

Qraham deyib: “Əgər İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hər hansı bədəl ödəmək lazımdırsa, bu edilməlidir.”

 

GünAzTV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar