SON XƏBƏRLƏR

Güneyli dağçının meyiti tapıldı

2026.05.18, 15:09
Güneyli dağçının meyiti tapıldı

Dördə aya yaxın bir müddətdən və axtarışlardan sonra Həmədanın Əlvənd dağında itkin düşən alpinistin meyiti tapılıb.

Gunaz.tv

Bu barədə Həmədan əyalətinin Dağçılıq Klubu məlumat yayıb.

Məlumata görə, kimliyi açıqlanmayan dağçının meyiti qardaşı tərəfindən tapılıb və Qızıl Aypara Cəmiyyəti və Dağçılq Federasiyasının əməkdaşları vasitəsilə zirvədən endirilib.

Qeyd edk ki, 23 yanvarda 5 həmədanlı dağçı qar uçqunu altında qalıb.

Onlardan biri xilas edilib, üçünün meyiti tapılsa da, itkin düşən beşinci daçının meyiti mayın 16-da aşkar edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar