SON XƏBƏRLƏR

Pakistan Səudiyyə Ərəbistanına qırıcılar və minlərlə hərbçi göndərİb

2026.05.18, 16:32
Pakistan Səudiyyə Ərəbistanına qırıcılar və minlərlə hərbçi göndərİb

Pakistan müdafiə sahəsində əməkdaşlıq müqaviləsi çərçivəsində Səudiyyə Ərəbistanı ərazisində bir qırıcı eskadronu, 8 min hərbçi və hava hücumundan müdafiə (HHM) sistemi yerləşdirib.

Gunaz.tv

Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
 

İslamabad krallığa Çin və Pakistanın birgə istehsalı olan təxminən 16 ədəd "JF-17 Thunder" qırıcısı, 2 pilotsuz uçuş aparatı (PUA) eskadronu, həmçinin Çin istehsalı olan "HQ-9" HHM sistemi göndərib.


Bütün hərbi texnikaya Pakistan hərbçiləri xidmət göstərir, əməliyyatın maliyyələşdirilməsini isə Ər-Riyad həyata keçirir. 

Agentlik qeyd edir ki, qüvvələrin yerləşdirilməsi İran ətrafındakı münaqişə fonunda baş verir; eyni zamanda Pakistan Tehran və Vaşinqton arasındakı danışıqlarda əsas vasitəçilərdən biri kimi çıxış edir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar