SON XƏBƏRLƏR

ABŞ İranın dəniz blokadası başlayandan 85 ticarət gəmisinin boğazdan keçidinin qarşısını alıb

2026.05.19, 11:18
ABŞ İranın dəniz blokadası başlayandan 85 ticarət gəmisinin boğazdan keçidinin qarşısını alıb

Dəniz blokadası tətbiq ediləndən bəri Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri (HDQ) İranla əlaqəsi olan 85 ticarət gəmisini saxlayıb və başqa istiqamətə yönləndirib.

Gunaz.tv

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

"Birləşmiş Ştatların Mərkəzi Komandanlığı İran limanlarının Amerika blokadası şərtlərinin yerinə yetirilməsini ardıcıl və qəti surətdə təmin etməyə davam edir. ABŞ HDQ blokada rejiminə tam riayət olunması məqsədilə indiyədək 85 ticarət gəmisini başqa istiqamətə yönləndirib", - rəsmi bəyanatda qeyd olunub.

 

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar