SON XƏBƏRLƏR

Urmu gölü bərpa olmayıb-Təcrişi

2026.05.21, 16:09
Urmu gölü bərpa olmayıb-Təcrişi

Universitet Urmu gölünün bərpa layihəsini öz üzərində götürəndə göldə olan su miqdarı indikindən daha çox idi.

Gunaz.tv

Bunu İranın Şərif Universitetinin rektoru Məsud Təcrişi deyib.

O, həmin dövr çaylar və bəndlərdən Urmu gölünə nəzərdə tutulan illik su payının buraxıldığını, indi isə bunu dayandırıldığını bildirib.

Gölün ətrafında çox su aparan məhsulların əkildiyini deyən Təcrişi, bunun ekoloji vəziyyətin ağırlaşmasında əhəmiyyətli dərəcədə rol oynadığını söyləyib.

Tanınmış ekoloq, Urmu gölünün bərpası ilə bağlı təbliğatların həiqiqəti əks etdirmədiyinə işarə edib.

Qeyd edək ki, maksimum tutumu 32, orta tutumu isə 15 milyard kibmet olan Urmu gölündə hazırda suyun miqdarı 3.5 milyard kubmetrdir.

Bunun isə son həftələr intensiv yağıntılar nəticəsində baş verdiyi, yay aylarında gölün yenidən quruyacağı bildirilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar