SON XƏBƏRLƏR

Ərdəbildə tarixi əsər qaçaqmalçıları həbs edilib

2026.05.22, 10:49
Ərdəbildə tarixi əsər qaçaqmalçıları həbs edilib

Ərdəbil əyalətinin Anqut bölgəsində tarixi əsər qaçaqmalçılığı və tarixi məkanlarda qanunsuz qazıntı aparan şəbəkə ifşa edilib.

Gunaz.tv

Bu barədə əyalətin Mədəni İrs Təşkilatının Mühafizə Bölməsinin rəisi Nasir Şükri bildirib.

O, tarixi yerdə 30 metr uzunluğunda tünel qazan şəbəkə üzvlərinin həbs edildiyini, onlara məxsus avtomobillər və qazıntı üçün istifadə olunan texnika və alətlərin müsadirə olunduğunu deyib.

Şükri, saxlanılan şəxslərin kimliyi və sayı barədə açıqlama vermədən onların hüquq mühafizə orqanlarına təhvil verildiyini bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar