SON XƏBƏRLƏR

NATO rəhbəri: Hörmüz boğazı müttəfiqləri narahat edir

2026.05.22, 11:12
NATO rəhbəri: Hörmüz boğazı müttəfiqləri narahat edir

NATO-nun baş katibi Mark Rütte bildirib ki, Hörmüz boğazında gəmiçilik azadlığı bütün NATO müttəfiqləri üçün vacib məsələdir, ancaq bu, “NATO-nun bir ittifaq olaraq birbaşa məsələsi deyil.”

Gunaz.tv

Bu barədə “Reuters” məlumat yayıb.

Rütte İsveçin Helsinqborq şəhərində keçiriləcək NATO toplantısı öncəsi çıxışında Prezident Donald Trampın Polşaya 5 min ABŞ əsgəri göndərilməsi qərarını da alqışlayıb.

O bildirib ki, ABŞ Avropanın nüvə və konvensional müdafiəsində əsas rol oynamağa davam edəcək, lakin Avropa da tədricən daha böyük məsuliyyət götürməlidir.

“Aydın danışaq: hazırda getdiyimiz yol — daha güclü Avropa və daha güclü NATO yoludur. Bu, zamanla və addım-addım yalnız bir müttəfiqdən asılılığın azalması deməkdir və bu proses davam edəcək”, — deyə Rütte jurnalistlərə bildirib.

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna isə ABŞ qoşunlarının Avropadakı sayına Vaşinqtonun qərar verdiyini qeyd edib, lakin əlavə edib ki, Avropanın müdafiə sahəsində daha böyük rol götürməsinin vacibliyi artıq aydındır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar