SON XƏBƏRLƏR

İranın yeni lideri xalqın yoxsulluğunu görmür; onları doğuma çağırır!

2026.05.22, 22:30
İranın yeni lideri xalqın yoxsulluğunu görmür; onları doğuma çağırır!

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranda yeni lider; Müctəba Xameneinin əhali artımının vacibliyi və uşaq dünyaya gətirməyə təşviqlə bağlı son açıqlamaları, milyonlarla insanın yoxsulluq, bahalıq, işsizlik və iqtisadi qeyri-sabitlik altında yaşadığı bir vaxtda geniş reaksiyalara səbəb olub.

Müctəba Xamenei “X” sosial şəbəkəsində paylaşdığı mesajda əhali artımını İranın beynəlxalq mövqeyinin güclənməsinin əsas amillərindən biri kimi təqdim edib və iddia edib ki, doğumun təşviqi siyasətinin davamı “yeni sivilizasiya” qurulmasına və Tehranın ABŞ-la rəqabətdə mövqeyinin güclənməsinə kömək edə bilər.

Bu açıqlamalar İran əhalisinin böyük hissəsinin nəzarətdən çıxmış inflyasiya, milli valyutanın dəyərdən düşməsi, mənzil böhranı, işsizlik, zəif səhiyyə və təhsil xidmətləri, eləcə də geniş sosial məhdudiyyətlərlə üz-üzə qaldığı bir vaxtda səslənib.

Məlumatlara görə, İranda aylıq inflyasiya 50 faizi keçib, ərzaq qiymətlərində artım isə 100 faizi aşıb. Bu vəziyyət çoxsaylı ailələri ən sadə yaşayış ehtiyaclarını qarşılamaqdan belə məhrum edib.

Tənqidçilər bildirirlər ki, iqtisadi təhlükəsizlik, sosial rifah və gələcəyə dair real perspektiv olmadan belə çağırışlar hakimiyyətin xalqın real həyatından nə qədər uzaq olduğunu göstərir.

Ekspertlər də vurğulayırlar ki, iqtisadi böhran, alıcılıq qabiliyyətinin zəifləməsi, iş imkanlarının azalması və sosial təzyiqlər davam etdikcə, rejimin əhali artımı siyasəti cəmiyyətdə ciddi qarşılıq tapmayacaq.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar