SON XƏBƏRLƏR

SEPAH-ın iraqlı üzvü Donald Trampın qızına sui-qəsd təşkil etməyə çalışıb

2026.05.23, 10:24
SEPAH-ın iraqlı üzvü Donald Trampın qızına sui-qəsd təşkil etməyə çalışıb

“New York Post” qəzeti cümə günü yayımladığı hesabatda bildirib ki, ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp SEPAH tərəfindən təlim aldığı bildirilən şəxsin sui-qəsd planının hədəfi olub.

Gunaz.tv

Bir neçə gün əvvəl saxlanılması və ABŞ-a təhvil verilməsi barədə məlumat yayılan həmin şəxs iraq vətəndaşıdır və “New York Post”un məlumatına görə, o, ABŞ prezidentinin əmri ilə öldürülən Qasım Süleymaninin qisasını almaq istəyib.

Məlumata görə, yaxın zamanda həbs olunan 32 yaşlı Məhəmməd Baqir Səəd Davud əs-Səədi İvanka Trampı öldürməyə söz vermiş və hətta onun Floridadakı evinin xəritəsini əldə etmişdi.

İraqın Vaşinqtondakı səfirliyinin keçmiş hərbi attaşesi İnqifad Qanbar “New York Post”a deyib: “Qasım öldürüldükdən sonra  əs-Səədi (saxlanılan şəxs) ətrafındakılara deyirdi ki, İvankanı öldürməliyik ki, Trampın evini də o bizim evimizi yandırdığı kimi yandıraq.”

Əs-Səədi mayın 15-də Türkiyədə saxlanılıb. O, Qasım Süleymaninin iraqlı tərəfdarı kimi təqdim olunur.

ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına görə, əs-Səədi İraq və İran İslam Respublikası ilə əlaqəli terror şəbəkələrinin yüksək səviyyəli üzvlərindən biri hesab olunur. Bu iraqlı şəxs Avropa və ABŞ-da 18 hücum və ya hücum cəhdində iştirak etməkdə ittiham olunur.

ABŞ Ədliyyə Nazirliyi həmçinin bildirib ki, o, Amerika və yəhudi hədəflərinə qarşı həyata keçirilən hücumların arxasında dayanıb.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar