SON XƏBƏRLƏR

Urmu gölünün son durumu açıqlandı

2026.05.23, 11:06
Urmu gölünün son durumu açıqlandı

Urmu (Urmiya) gölündə mövcud olan su miqdarı 4 milyard 100 milyon kubmetrə çatıb və bu ötən ilin eyni dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, hazırda gölün vəziyyəti son 6 ilin kritik durumu ilə müqayisədə ən yaxşı səviyyədədir. 

Son həftələr su hövzəsi ərazisində kifayət qədər yağıntı, qarların əriməsi, gölə axan çaylarda suyun çoxalması və bəndlərdən suyun buraxılması gölün vəziyyətinin yaxşılaşmasında əsas amillər olub.

İranın Şərif Universitetinin rektoru, ekoloq Məsud Təcrişi isə hazırkı vəziyyətin gölün bərpası layihəsi ilə əlaqəli olmadığını, bunun təbii amillər, o cümlədən intensiv yaıntılarla bağlı olduğunu deyib.

Qeyd edək ki, sahəsinə görə Urmu gölünün maksimum su həcmi 30 milyard kubmetr, orta su həcmi isə 15 milyard kubmetr olmalıdır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar