SON XƏBƏRLƏR

Tramp: Razılaşmaya daha da yaxınlaşmışıq

2026.05.23, 20:11
Tramp: Razılaşmaya daha da yaxınlaşmışıq

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasında müharibənin dayandırılması üçün aparılan danışıqlarda tərəflər “bir-birinə xeyli yaxınlaşıb”, lakin razılaşma baş tutmasa, İran ağır nəticələrlə üzləşə bilər.

Tramp CBS News-a müsahibəsində deyib ki, danışıqlar prosesi “hər gün daha yaxşı gedir”, amma yalnız ABŞ-ın bütün əsas tələblərinin qarşılandığı bir razılaşmanı qəbul edəcəyini vurğulayıb.

O, Axios-a da bildirib ki, İranla bağlı son razılaşma layihəsini müşavirləri ilə nəzərdən keçirəcək və bazar gününə qədər prosesin davamı, o cümlədən mümkün hərbi ssenarilərlə bağlı qərar verə bilər.

Məlumatlı mənbələrin bildirdiyinə görə, yeni təklif Hörmüz boğazının yenidən açılması, İranın dondurulmuş aktivlərinin bir hissəsinin azad edilməsi və danışıqların davam etdirilməsini əhatə edir.

Tramp vurğulayıb ki, bu razılaşmanın əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır və danışıqlar uğursuz olarsa, Tehranın misli görünməmiş cavabla qarşılaşacağını bildirib.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar