SON XƏBƏRLƏR

Rusiya Kiyevə yeni ölümcül raket atdı

2026.05.24, 23:19
Rusiya Kiyevə yeni ölümcül raket atdı

Rusiya Kiyevi hipersəs raketi ilə hədəfə aldı.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Rusiya son illərin ən genişmiqyaslı hücumlarından birində yeni “Oreşnik” hipersəs raketi, onlarla raket və yüzlərlə pilotsuz uçuş aparatı ilə Kiyev və paytaxt ətrafındakı bölgələri hədəfə alıb.

Məlumatlara görə, hücum nəticəsində indiyədək azı 4 nəfər ölüb, onlarla insan yaralanıb. Kiyev meri Vitali Kliçko bildirib ki, paytaxtda 2 nəfər həyatını itirib, 56 nəfər yaralanıb. Kiyev vilayətində isə daha 2 nəfərin öldüyü, 9 nəfərin yaralandığı açıqlanıb.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiya hücum zamanı Kiyevdən cənubda yerləşən Bila Tserkva şəhərini “Oreşnik” hipersəs raketi ilə vurub. Hücum nəticəsində su təchizatı obyektləri, şəhər bazarı, yaşayış binaları və bir neçə məktəb zərər görüb.

Ukrayna rəsmilərinin məlumatına görə, bu hücumda təxminən 600 pilotsuz aparat və 90 raket istifadə olunub. Bu, Rusiyanın ilk dəfə “Oreşnik” raketini Kiyev bölgəsinə qarşı istifadə etməsidir.

Hücum Vladimir Putinin son təhdidlərindən iki gün sonra baş verib. Bundan əvvəl ABŞ-ın Kiyevdəki səfirliyi də mümkün genişmiqyaslı hücumla bağlı xəbərdarlıq etmişdi.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar