SON XƏBƏRLƏR

Ceyhun Bayramov ABŞ-a yola düşüb

2026.05.25, 12:48
Ceyhun Bayramov ABŞ-a yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.
 


Gunaz.tv

Bu barədə nazirliyin "X" hesabında paylaşılıb.

Qeyd edilib ki, səfər çərçivəsində, 26 may tarixlərində nazir Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclasda çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar