SON XƏBƏRLƏR

Oman sahillərində neft tankerinin yaxınlığında partlayış

2026.05.26, 22:37
Oman sahillərində neft tankerinin yaxınlığında partlayış

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Təşkilatı Oman sahillərində bir gəminin yaxınlığında partlayış baş verməsi ilə bağlı məlumat aldığını açıqlayıb.

Məlumata görə, bir neft tankeri Maskat sahillərindən 60 dəniz mili uzaqlıqda, gəminin sol tərəfində xarici partlayış baş verdiyini bildirib. Dənizə müəyyən miqdarda yanacaq sızsa da, ekipaj üzvlərinə və ya gəminin özünə ziyan dəymədiyi qeyd olunub.

Bu hadisə son günlər Ədən körfəzində şübhəli fəaliyyətlər və dəniz quldurluğuna cəhdlərlə bağlı xəbərlərin yayıldığı bir dövrdə baş verib.

Beynəlxalq dəniz qüvvələri daha əvvəl Qırmızı dəniz və Ədən körfəzində gəmilərə qarşı mümkün təhlükələrlə bağlı xəbərdarlıq etmişdi.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar