SON XƏBƏRLƏR

Təbrizin hava limanının fəaliyyəti bərpa edilib

2026.05.27, 10:33
Təbrizin hava limanının fəaliyyəti bərpa edilib

Son müharibədə zərər çəkən Təbriz Beynəlxalq Hava Limanı zəruri yenidənqurma və təmir işlərini başa vurduqdan sonra fəaliyyətini bərpa edib.

Gunaz.tv

Bu barədə İran İslam Respublikasının Mülki Aviasiya Təşkilatının sözçüsü Məcid Əxəvan məlumat verib.

Onun sözlərinə görə, hava limanı rəsmi olaraq 27 may günü yenidən açılıb və uçuş fəaliyyətini bərpa edib.

Qeyd edək ki, Təbriz hava limanı İranın mühüm uçuş mərkəzlərindən biri hesab olunur və Tehran, Məşhəd, Kiş, Şiraz, Bəndər Abbas, İsfahan, Əhvaz, Kirman, Qeşm və Rəşt istiqamətlərinə müntəzəm daxili uçuşlar, eləcə də İstanbul, Nəcəf, Mədinə, Bakı, İzmir, Adana və Dubay kimi istiqamətlərə beynəlxalq uçuşlar buradan həyata keçirilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar