SON XƏBƏRLƏR

Vaşinqtondan Tehrana yeni sanksiyalar

2026.05.28, 22:10
Vaşinqtondan Tehrana yeni sanksiyalar

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, ABŞ İrana qarşı təzyiqləri artıraraq bu ölkənin iki mülki hava yolu şirkətinə sanksiyalar tətbiq edib. Yeni məhdudiyyətlər həmin şirkətlər üçün eniş, yanacaq doldurulması və bilet satışını əhatə edir.

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton bu şirkətlərin xarici hava limanlarına çıxışını məhdudlaşdıracaq və onların təyyarələrinə xidmət göstərilməsinin qarşısını alacaq.

O, həmçinin beynəlxalq şirkətlərə xəbərdarlıq edərək Hörmüz boğazından keçid üçün İrana hər hansı ödəniş etməməyə çağırıb.

ABŞ Maliyyə Nazirliyi eyni zamanda gəmilərin hərəkətini idarə etmək və tranzit rüsumları toplamaq məqsədilə yeni yaradılmış “Hörmüz Boğazı İdarəsi”ni də sanksiyalar siyahısına daxil edib.

Skott Bessent Tehranın bu addımını tənqid edərək deyib: “İran rejiminin qlobal dəniz ticarətindən pul qoparmaq üçün son cəhdi, rejimin ciddi maliyyə çatışmazlığı yaşadığının daha bir sübutudur”.

O əlavə edib ki, bu quruma pul ödəyən hər hansı şəxs və ya şirkət SEPAH-ın maliyyələşdirilməsində iştirak etmək ittihamı ilə sanksiya riski ilə üzləşə bilər.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar