SON XƏBƏRLƏR

Yarım milyon rus əsgərinin öldürüldüyü bildirilir

2026.05.29, 07:15
Yarım milyon rus əsgərinin öldürüldüyü bildirilir

Böyük Britaniyanın Hökumət Rabitə Qərargahının (GCHQ) rəhbəri Ann Kist-Butler Ukrayna müharibəsinin başlanmasından bəri təxminən 500 min rus hərbçisinin öldüyünü açıqlayıb.

Gunaz.tv

O bildirib ki, yeni kəşfiyyat məlumatları Vladimir Putinin döyüş meydanında ağır itkilərlə üzləşdiyini və Rusiya ordusunun yüz minlərlə hərbçisini itirdiyini göstərir.

Bu rəqəmin Hollandiya kəşfiyyat qurumlarının və müstəqil rus media orqanlarının yaydığı hesablamalarla da uyğunluq təşkil etdiyi qeyd olunur.

Britaniyalı rəsmilər eyni zamanda xəbərdarlıq ediblər ki, Rusiya Avropada kritik infrastruktur obyektlərini, təchizat zəncirlərini və demokratik institutları hədəf almağa davam edir.

Bu arada yayılan məlumatlara görə, Ukrayna qüvvələri son aylarda pilotsuz uçuş aparatlarından geniş istifadə etməklə Rusiya ordusunun irəliləyişini böyük ölçüdə dayandıra bilib.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar