SON XƏBƏRLƏR

Amnesty International: Tehran həbs və edam dalğasını gücləndirib

2026.05.29, 07:30
Amnesty International: Tehran həbs və edam dalğasını gücləndirib

"Amnesty International" İranın müharibə şəraitindən istifadə edərək müxaliflərə, vətəndaş fəallarına və tənqidçilərə qarşı repressiyaları daha da gücləndirdiyini bildirib.

Gunaz.tv

Hüquq müdafiə təşkilatının hesabatına əsasən, ötən ilin mart ayında başlayan müharibədən sonra etirazçılar, jurnalistlər, vəkillər, insan haqları müdafiəçiləri, siyasi fəallar, eləcə də etnik və dini azlıqların nümayəndələri daxil olmaqla 6 mindən çox insan həbs edilib.

"Amnesty International" həmçinin bu dövrdə uzunmüddətli həbs cəzalarının verildiyini, sürətləndirilmiş və ədalətsiz məhkəmə proseslərinin keçirildiyini, azı 39 siyasi edamın həyata keçirildiyini açıqlayıb.

Hesabatda qeyd olunur ki, ölkə üzrə internetin kəsilməsi 90 milyondan çox insanı azad informasiya əldə etmək imkanından məhrum edib və bu repressiya siyasətinin əsas alətlərindən birinə çevrilib.

"Amnesty International"ın yüksək vəzifəli rəsmilərindən Erika Qevara Rosas deyib: “İran rəsmiləri müharibə şəraitindən repressiya maşınını genişləndirmək üçün örtük kimi istifadə edirlər”.

Təşkilat İran hakimiyyətini bütün siyasi məhbusları və saxlanılan şəxsləri azad etməyə, edamları dayandırmağa və internet məhdudiyyətlərinə son qoymağa çağırıb.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar