SON XƏBƏRLƏR

Yeni 250 dolların üzərində Trampın şəkli olacaq

2026.05.29, 17:01
Yeni 250 dolların üzərində Trampın şəkli olacaq

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, ABŞ prezidenti Donald Trampın təsvirinin yer aldığı 250 dollarlıq əskinasın dizaynı hazırlanır.

Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent Ağ Evdə keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, əskinasın dövriyyəyə buraxılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir. Bu səbəbdən layihə hələlik ilkin mərhələdədir.

Hazırda ABŞ Konqresinin Nümayəndələr Palatasında və Senatda sağ olan bir şəxsin — Donald Trampın şəklinin 250 dollarlıq əskinas üzərində yerləşdirilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunur.

Layihə qəbul ediləcəyi təqdirdə, Tramp ABŞ tarixində şəkli pul nişanı üzərində yer alan nadir siyasi fiqurlardan biri olacaq.

 

GünAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar