SON XƏBƏRLƏR

Etirazlarda öldürülən Güneyli futbolçun məzarı hədəf alındı

2026.05.29, 18:55
Etirazlarda öldürülən Güneyli futbolçun məzarı hədəf alındı

Mübin Qənbərinin ailəsinə qarşı yeni təzyiq dalğası.

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, İran hakimiyyətinin etirazçılara və etirazlarda həlak olanların ailələrinə qarşı təzyiqləri davam edir. Bu dəfə Xoy şəhərində yanvar etirazları zamanı öldürülən Güney azərbaycanlı futbolçu Mübin Qənbərinin məzar daşı dağıdılıb.

Mübin Qənbəri Xoy şəhərindən olan 20 yaşlı azərbaycanlı futbolçu idi və “Peykan” klubunun gənclər komandasında çıxış edirdi.

O, 2026-cı il yanvarın 8-də Tehranda baş verən etiraz aksiyaları zamanı İran İslam Respublikası qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.

Məlumata görə, gənc futbolçunun cənazəsi ailəsinə Tehran yaxınlığındakı Kəhrizəkdən təhvil verilib.

Mübin Qənbərinin məzar daşının dağıdılması İran hakimiyyətinin etirazlarda həyatını itirənlərin ailələrinə qarşı davam edən təzyiq siyasətinin yeni nümunəsi kimi qiymətləndirilir.

 

GünAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar