SON XƏBƏRLƏR

İsrail İranla üçüncü müharibəyə hazırlaşır

2026.05.29, 22:16
İsrail İranla üçüncü müharibəyə hazırlaşır

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, İsrailin hərbi rəsmiləri İranla mümkün “üçüncü müharibə” ehtimalına qarşı hazırlıqların davam etdiyini və ölkənin müdafiə qurumlarının yeni qarşıdurmaya sürətli reaksiya planları üzərində işlədiyini açıqlayıblar.

İsrail mediası yüksək rütbəli hərbçilərə istinadən bildirib ki, cəmiyyətin və fövqəladə xidmət qurumlarının qısa müddətdə adi vəziyyətdən hərbi vəziyyətə keçməsi üçün hazırlıq göstərişləri verilib.

Eyni zamanda İsrail ordusunun qiymətləndirməsinə görə, İran mümkün növbəti qarşıdurmada daha sürətli və daha güclü raket zərbələri ilə cavab verə bilər.

Bu arada ABŞ istehsalı olan yeni hava yanacaq doldurma təyyarələrinin ilk partiyası İsrailə təhvil verilib. Hərbi rəsmilərin sözlərinə görə, bu təyyarələr İsrail Hərbi Hava Qüvvələrinin uzaqmənzilli əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

İsrail mediası həmçinin ölkə rəhbərliyinin ABŞ və İran arasında mümkün razılaşmadan narahat olduğunu yazıb. Bir sıra israilli siyasətçilər və analitiklər hesab edir ki, son müharibələr Tel-Əvivin İranın nüvə proqramı və hərbi potensialı ilə bağlı məqsədlərini tam şəkildə həyata keçirməyib.

Bu proseslər Tehran və Vaşinqton arasında yeni razılaşma əldə olunması üçün danışıqların davam etdiyi bir vaxtda baş verir.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar