SON XƏBƏRLƏR

Ukrayna Rusiyadakı neft emalı zavoduna hücumu edib

2026.05.31, 23:13
Ukrayna Rusiyadakı neft emalı zavoduna hücumu edib

Saratov səmasını qara tüstü bürüdü. Kiyev Rusiyanın enerji infrastrukturuna hücumları gücləndirir.

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, Ukraynaya məxsus pilotsuz uçuş aparatları iyunun 10-na keçən gecə Rusiyanın Saratov vilayətində yerləşən neft emalı zavodunu hədəfə alıb. Hədəf alınan müəssisə Ukrayna sərhədindən yüzlərlə kilometr uzaqlıqda yerləşir.

Məlumatlara əsasən, hücum nəticəsində insan itkisi qeydə alınmayıb. Lakin Rusiyanın dövlət neft şirkəti “Rosneft”ə məxsus zavodda genişmiqyaslı yanğın baş verib və ərazi üzərində qalın qara tüstü müşahidə olunub.

Ukrayna ordusu Saratov neft emalı zavodu ilə yanaşı, Rusiyanın müxtəlif bölgələrində yerləşən bir sıra digər obyektlərin də PUA hücumlarına məruz qaldığını açıqlayıb. Yerli Rusiya rəsmiləri isə mülki infrastrukturların hədəf alındığını bildiriblər.

Ukrayna cari ilin əvvəlindən Rusiyanın neft və qaz obyektlərinə qarşı hücumlarını əhəmiyyətli dərəcədə artırıb. Bu hücumların məqsədinin Rusiyanın enerji gəlirlərini azaltmaq və müharibənin maliyyələşdirilməsi imkanlarını məhdudlaşdırmaq olduğu bildirilir.

Eyni zamanda, yayılan məlumatlara görə, bu hücumlar Rusiyanın bir sıra böyük neft emalı zavodlarında istehsalın azalmasına səbəb olub və ölkənin enerji sektoruna ciddi təsir göstərib.


GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar